Şəmkir rayon sakini əkin sahələrinə su verilmədiyini iddia edir – Video
Şəmkir rayonunda yaşayan fermerlərdən “Qərb Xəbər”ə şikayət daxil olub. Belə ki, rayonun Dəllər- Daşbulaq kəndində və digər yaxın kəndlərdə kəndlilər suvarma suyunun verilməməsindən əziyyət çəkirlər. Hazırda, suya tələbatın artdığı bir vaxtda sahələrə suyun verilməməsi, dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə qaldığı bir vaxtda, ölkənin ərzaq təhlükəsizliyinə zərbədir.
Məsələ ilə bağlı Şəmkir rayonu suvarma idarəsi ilə əlaqə saxlanıldı. Bildirildi ki, məsələ ilə bağlı araşdırmalar aparılacaq.




