Sosial

Şəki və Oğuzda qaz təchizatı niyə dayanıb?

16 avqust / 12:47 1 dəq
Gas closed
16 avqust / 12:47
Burada sizin reklamınız ola bilər

Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər