Bölgə xəbərləri

Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırılıb

14 sentyabr / 12:28 1 dəq
6d2324f0 f211 3498 986d 2049d3aa0a47
14 sentyabr / 12:28
Burada sizin reklamınız ola bilər

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib.

“Qərb Xəbər”in məlumatına görə, 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə X.Süleymanovun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. X.Süleymanov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər