Ağstafa

Şəhid Orxan Sarvan oğlu Babayev anılıb

18 aprel / 22:40 1 dəq
20220418 223928
18 aprel / 22:40
Burada sizin reklamınız ola bilər

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Orxan Sarvan oğlu Babayev anılıb.

“Qərb Xəbər”in məlumatına görə, Orxan Babayev 17 aprel 2001-ci ildə Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Orxan Babayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Şəhid Orxan Babayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Gənc Qazilər” İB-nin Qazax filialı şəhidin məzarını ziyarət edib ruhuna ehtiramlarını bildiriblər.

Röyal İslam, Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər