Bölgə xəbərləri

Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb

21 iyul / 12:28 2 dəq
6c4bf0d1 b009 364f b83c ea4a9f10ea0f
21 iyul / 12:28
Burada sizin reklamınız ola bilər

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun büstü hazırlanıb.

“Report” xəbər verir ki, büstün müəllifi Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlıdır.

“Sosial şəbəkələrdə paylaşılan fotoda büst tam hazır deyildi. Hələ üstündə iş gedir. Fotodakı versiyada müəyyən səhvlərim vardı, onları düzəltmişəm. Beş gündür gecə-gündüz büstün üzərində işləyirəm, hələ 3-4 günlük də işim qalıb. Mən tələbə olduğuma görə, öz maddi vəziyyətimə uyğun gipsdən hazırlaya bilirəm. Hazırlayandan sonra yaradıcı işim kimi saxlayacam. Gələcəkdə büstü harasa qoyulmaq üçün və ya ailəsinə hədiyyə etmək təklif olarsa, təmənnasız hazırlaya bilərəm. Sadəcə bronzdan tökmək üçün matrealı mənlik olmayacaq”, – T.Soltanov bildirib.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-ü Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Paylaş
Burada sizin reklamınız ola bilər