Bölgə xəbərləri

Şəhid Elşad Məmmədov dəfn olunub

13 iyul / 12:13 1 dəq
E9d8704a9e1016c6abc0c4e63e46a429
13 iyul / 12:13
Burada sizin reklamınız ola bilər

İyulun 12-də şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.

Qərb Xəbərin məlumatına görə, E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.

Şəhid ailəli olub, 6 aylıq oğlu var.

Paylaş
Burada sizin reklamınız ola bilər