Şəhid ailələrinə daha bir güzəşt hüququ müəyyənləşdirilib
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilib.
“Qərb Xəbər” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Həmçinin, qərara əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə əsasında əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ olacaq.




