Dünya

Rutte: Min dollarlıq dronu bir milyonluq raketlə vurmaq qəbuledilməzdir

26 sentyabr / 20:43 1 dəq
Rutte
26 sentyabr / 20:43
Burada sizin reklamınız ola bilər

NATO-nun baş katibi Mark Rutte deyib ki, Qərb hərbçiləri dronları bahalı raketlərlə vurmağa davam edə bilməzlər. O əlavə edib ki, Alyans Ukraynada rus PUA-larına qarşı müdafiəni sürətlə öyrənir və yaxın həftələrdə yeni texnologiyalar tətbiq edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Min və ya iki min dollar dəyərində olan pilotsuz təyyarələri bəlkə də yarım milyon və ya bir milyon dollara başa gələn raketlərlə vurmaq qəbuledilməzdir”, – Rutte qeyd edib.

O əlavə edib ki, müttəfiqlər “texnologiyaları sürətlə inkişaf etdirir və ukraynalılardan öyrənirlər”.

NATO-nun hazırda adekvat silahları yoxdurmu sualına Rutte “Qısa müddətdə bəli” cavabını verib və əlavə edib ki, NATO ukraynalılardan öyrənir və yaxın həftələrdə yerləşdiriləcək texnologiyaları sürətlə inkişaf etdirir.

Paylaş
Burada sizin reklamınız ola bilər