Dünya

Rutte: Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək

4 fevral / 08:54 1 dəq
328275d2 8316 36ec 9a4a 35bbc2a4f186 850
4 fevral / 08:54
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz”, – o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb.

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər