Ruslar Donetskdə kəndi bombaladı: Ukraynada matəm..
Rusiya ordusu dünən Donetsk bölgəsindəki Yarovaya kəndinə zərbə endirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, 20-dən çox ölü var.
Ukrayna lideri diqqətə çatdırıb ki, kənd pensiya verildiyi zaman bombalanıb.
“Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın reaksiyası lazımdır. Avropanın reaksiyası lazımdır”, – Zelenski qeyd edib.




