Rusiyanın Zaporojya vilayətinə hücumu nəticəsində ölən və yaralananlar var
Ukraynanın Zaporojya vilayətində gecə hücumları nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qerbxeber.com APA – ya istinadən xəbər verir ki, bu haqda Zaporojya administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
Xəsarət alanlar arasında üç uşaq – 9 və 10 yaşlı oğlanlar, həmçinin 16 yaşlı qız da var.
Hücumlar nəticəsində 14 yaşayış binasına və 40-dan çox fərdi yaşayış evinə ziyan dəyib. Hazırda onların işıq və qaz təminatı kəsilib.




