Rusiyanın Ural vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanıldı
Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanılıb.
Qerbxeber.com -un məlumatına görə, Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisədən bir müddət sonra Mutvalı Şıxlinski sərbəst buraxılıb.Yerli saytlara açıqlama verən Mutvalı Şıxlinski bildirib ki,-mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı Sverdlovsk vilayətinin İstintaq Komitəsinə apardılar. Onu şahid qismində cəlb ediblər, əvvəllər bu işdə şahid qismində ifadə verib və onun statusu dəyişməyib. Mən başa düşə bilmirəm ki, onlar hansı əsasla şahidi Rusiya Federasiyasının İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəliblər. Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir, bizə qarşı qanunsuz hərəkətlərdir”.





