Dünya

Rusiyanın Ukraynadakı itkilərinin sayı 240 minə yaxınlaşır

18 iyul / 11:04 1 dəq
A87a6ea1 c99f 3328 8b77 4fccc5ae162d 850 (1)
18 iyul / 11:04
Burada sizin reklamınız ola bilər

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 239 mini keçib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 710 əsgəri, 38 artilleriya sistemi zərərsizləşdirilib.

Rusiyanın digər döyüş itkiləri 4119 tank, 8051 zirehli maşın, 3 828 operativ-taktiki PUA, 4 532 artilleriya sistemi, 315 təyyarə, 310 helikopter təşkil edib.

Baş Qərargahdan qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi irimiqyaslı hücuma keçəndən bəri itkilərinin sayını gizlədir. Muzdlu döyüşçülər arasında da itkilərin olduğu bildirilir.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci il fevralın 14-də başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər