Dünya

Rusiyanın 30-dan çox PUA-sını və raketini məhv edilib

2 iyun / 09:03 1 dəq
Eb6213fb aaa1 3ed6 8875 14d7ebefb7d6
2 iyun / 09:03
Burada sizin reklamınız ola bilər

İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib.

Bu barədə “Qərb Xəbər” UNİAN-a istinadən xəbər verir.

Məlumata görə, Rusiya ordusu eyni vaxtda dron və qanadlı raketlərlə paytaxta hücum ediblər.

Raket buraxılışları Xəzərdəki Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumata görə, “Şahed” PUA-ları eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 30-dan çox müxtəlif təyinatlı hava hədəflərini aşkarlayaraq məhv edib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər