Siyasət

Rusiyadan Dohaya endirilən zərbəyə reaksiya

10 sentyabr / 20:37 1 dəq
Rusiya xİn
10 sentyabr / 20:37
Burada sizin reklamınız ola bilər

Moskva İsrailin Dohaya zərbə endirməsini pisləyir və bunu Yaxın Şərqdə gərginləşməni qızışdıran addım hesab edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya hadisəni beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və sabitliyinin pozulmasına aparan addım kimi qiymətləndirir. İsrailin özünün düşməni və əleyhdarları hesab etdiyi şəxslərə qarşı bu cür mübarizə üsulları ən sərt qınağa layiqdir”, – məlumatda deyilib.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Dohanın yaşayış massivindəki binalara hücum edib, hədəf isə orda olan HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvləri olub.

Paylaş
Burada sizin reklamınız ola bilər