Dünya

Rusiyada miqrantlar üçün yeni qadağalar qüvvəyə minib

14 avqust / 14:46 1 dəq
66bc7493bef7d66bc7493bef7e172362664366bc7493bef7b66bc7493bef7c
14 avqust / 14:46
Burada sizin reklamınız ola bilər

Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb.

Qerbxeber.com Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib.

Sənədə əsasən, onlara taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib.

Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər