Dünya

Rusiya XİN rəhbərinin müavini İran səfiri ilə “3+3” formatını müzakirə edib

13 oktyabr / 17:38 1 dəq
332e4da0 bbd3 3890 a759 8195f6e481a1 850 (1)
13 oktyabr / 17:38
Burada sizin reklamınız ola bilər

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bir sıra məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“Bir sıra aktual beynəlxalq və regional məsələlər müzakirə edilib. Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsi kontekstində “3+3” platformasının işinin bərpasının vacibliyi qeyd edilib”, – məlumatda bildirilib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə “3+3” formatı çərçivəsində danışıqlara hazırdır.

Qeyd edək ki, “3+3” formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər