Dünya

Rusiya XİN: Moskva Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir

27 mart / 13:19 1 dəq
Rusya xin
27 mart / 13:19
Burada sizin reklamınız ola bilər

Moskva Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir.

Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsi Rusiya ilə NATO arasında birbaşa toqquşmaya gətirib çıxara bilər.

“London və Paris Ukraynaya hərbi müdaxilə planlarını həyata keçirməyə davam edirlər. Bütün bunlar bir növ sülhməramlı missiya kimi maskalanır. Sülhməramlı əməliyyat çərçivəsində NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə birbaşa toqquşma ilə nəticələnə bilər. Moskva belə bir ssenarinin qəti əleyhinədir”, – Rusiya XİN sözçüsü qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər