Rusiya Xarkova hücum etdi, 64 nəfər xəsarət aldı
Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynanın Xarkov şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı 64-ə çatıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Ukrayna lideri Rusiyaya təzyiqləri artırmağa çağırıb.




