Dünya

Rusiya Xarkova dron hücumu edib

20 iyun / 07:13 1 dəq
War drone savaş sihası pua
20 iyun / 07:13
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə növbəti dəfə pilotsuz təyyarələrlə hücum edib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu haqda Xarkovun meri İqor Terexov məlumat verib.

Onun məlumatına görə Xarkovun Şevçenkovski, Kiyevski və Novobavarski rayonlarına Geran-2 PUA-ları ilə hücum olub.

“Hücum nəticəsində yaşayış binalarına ziyan dəyib. Ziyan dəyən binalar arasında mülki müəssisə, idman kompleksi və uşaq bağçası da var. Hazırda binaların yaxınlığında dayanmış 50-dən çox avtomobilin zədələndiyi müəyyən edilib. 3 nəfər tibbi yardım üçün müraciət edib”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər