Dünya

Rusiya Xarkov və Poltavaya raket zərbəsi endirib

1 fevral / 11:34 1 dəq
679dc4d44ba2c679dc4d44ba2d1738392788679dc4d44ba2a679dc4d44ba2b
1 fevral / 11:34
Burada sizin reklamınız ola bilər

Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 3 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.

Qerbxeber.com xəbər verir ki, “insider.ua” yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.

Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.

Aviareyd nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.

Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.

İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını da açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər