Dünya

Rusiya və Belarus XİN başçıları birgə bəyanat imzalayıb

17 may / 14:28 1 dəq
6464a9ba2c88c6464a9ba2c88d16843186506464a9ba2c88a6464a9ba2c88b
17 may / 14:28
Burada sizin reklamınız ola bilər

Rusiya və Belarus XİN başçıları Sergey Lavrovla Sergey Aleynik ölkələrinin xarici siyasət prioritetlərinə dair birgə bəyanat imzalayıblar.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiyalı diplomat Belarusdan olan həmkarı ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.

 

Lavrov qeyd edib ki, hər iki tərəf danışıqların nəticələrindən razıdır.

“Biz gündəlik və sıx qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik. Ölkələrimizin Xarici İşlər Nazirliklərinin kollegiyalarının birgə iclası planlaşdırılır və bu iclas payızda baş tutacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər