Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar
Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına buraxılmayacaqlar.
“Qərb Xəbər” bildirir ki, bu barədə Avropa Olimpiya Komitələri (EOC) məlumat yayıb.
Qeyd edək ki, III Avropa Oyunları 9-25 iyunda gerçəkləşəcək.




