Dünya

Rusiya və ABŞ-ın Ukrayna danışıqları başlayıb

18 fevral / 12:42 1 dəq
Cdd05836c7ea7aae535b0f1f2f41dc41
18 fevral / 12:42
Burada sizin reklamınız ola bilər

Səudiyyə Ərəbistanında Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar rəsmən başlayıb.

Qerbxeber.com xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir.

ABŞ-ın nümayəndə heyətində isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yer alıblar.

Görüşün əsasən Rusiya-Amerika münasibətlərinin bərpasına həsr olunacağı gözlənilir.

Bundan əlavə, danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli məsələsi də qaldırılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər