Dünya

Rusiya və ABŞ BƏƏ-də məhbus mübadiləsi aparıb

10 aprel / 13:22 1 dəq
67f6efdfdb70167f6efdfdb702174423651167f6efdfdb6ff67f6efdfdb700
10 aprel / 13:22
Burada sizin reklamınız ola bilər

Qerbxeber.com-un xəbərinə görə, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Qəzet onu da yazıb ki, tərəflər bu addımı qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə əsaslandırıb.

Rusiya tərəfi bu ölkə ilə bərabər həm də ABŞ vətəndaşlığını daşıyan, dövlətə xəyanətdə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum olunan Kseniya Karelinanı azad edib.

Rəsmi Vaşinqton isə 2023-cü ildə həbs olunmuş Artur Petrovu Rusiyaya təhvil verib.

Artur Petrov 2023-cü ildə Cənubi Kiprin ərazisində ABŞ-ın sorğusu əsasında həbs edilib. Sonradan ona məxfi xarakterli mixroelektron cihazların qanunsuz ixracı ilə bağlı ittiham verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər