Rusiya Ukraynaya raketlərlə hücum etdi-YARALILAR var
Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojiye şəhərinə iki raket zərbəsi endirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf Ukrayna KİV-ə istinadən məlumat yayıb.
Hücum nəticəsində şəhərdə bir neçə yaşayış binasında yanğın baş verib, xeyli sayda mülki şəxs xəsarət alıb. Zaporojiye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, raketlər kritik infrastruktur obyektlərini hədəfə alıb.
Nəticədə istehsalat müəssisəsinin binaları, həmçinin bir yaşayış kompleksi ciddi zədələnib, bir neçə mənzildə yanğın qeydə alınıb.
Son məlumata əsasən, raket hücumu nəticəsində 16 nəfər yaralanıb, onların arasında üç uşaq da var.
Ümumilikdə, zərbə nəticəsində 9 fərdi yaşayış evi və 14 çoxmərtəbəli bina zərər görüb.




