Siyasət

Rusiya-Ukrayna danışıqları bu həftə İstanbulda keçirilə bilər

21 iyul / 19:38 1 dəq
Ukrayna rusiya
21 iyul / 19:38
Burada sizin reklamınız ola bilər

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu 24-25 iyul tarixlərində İstanbulda keçirilə bilər.

Qerbxeber.com xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

“24-25 iyul tarixləri razılaşdırılır”, – agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl mənbə qeyd etmişdi ki, İstanbul Rusiya-Ukrayna danışıqlarının aparılacağı məkan olaraq qalacaq.

Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirmişdi ki, Rusiya tərəfinə danışıqların yeni raundunun bu həftə keçirilməsi təklifini İstanbul danışıqlarında Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov səsləndirib.

Paylaş
Burada sizin reklamınız ola bilər