Dünya

Rusiya Türkiyə elçisini dəyişdi-Yeni təyinat

20 fevral / 13:15 1 dəq
Rusya ank sefiri
20 fevral / 13:15
Burada sizin reklamınız ola bilər

Rusiya Türkiyəyə yeni səfir təyin edib.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin müvafiq fərmanları rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sergey Verşinin xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub və Rusiyanın Türkiyədəki yeni səfiri təyin edilib.

S. Verşinin MDBMİ məzunudur. O, 1976-cı ildən Xarici İşlər Nazirliyi sistemində, o cümlədən Tunisdəki Rusiya səfirliyində müşavir, 1999-cu ildən 2003-cü ilə qədər isə Əlcəzairdə səfir vəzifələrində çalışıb. 2018-ci ildə Rusiya xarici işlər nazirinin müavini təyin olunub.

Yeni səfir ərəb, fransız və ingilis dillərini bilir.

Paylaş
Burada sizin reklamınız ola bilər