Rusiya ordusu bu əraziləri işğal etdi
Rus ordusu Dnepropetrovsk vilayətində Maliyevka yaxınlığında irəliləyərək Voskresenka kəndini, həmçinin Donetsk vilayətinin Fedorovka yaşayış məntəqəsini ələ keçirib
Qerbxeber.com xəbər verir ki, bu barədə “Deep State” analitik platforması məlumat yayıb.
Qeyd olunub ki, Rusiya ordusu həmçinin Xarkov vilayətinin şimalında, Rusiya ilə sərhəd yaxınlığında da mövqelərini genişləndirib.
Hazırda döyüşlər bu istiqamətlərdə davam edir.




