Dünya

Rusiya Odessa şəhərini dron atəşinə tutdu

14 aprel / 09:41 1 dəq
Indir 2025 04 14t094101.714
14 aprel / 09:41
Burada sizin reklamınız ola bilər

Rusiya “Şahed” tipli kamikadze dronları ilə Odessa şəhərinə kütləvi hücum edib, şəhərdə ardıcıl partlayış səsləri eşidilib.

Qerbxeber.comUnian“a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı saat 22:11-də verdiyi “Telegram” kanalında Odessada pilotsuz uçuş aparatlarının müşahidə edildiyini bildirib.

Eyni vaxtda şəhər meri Gennadi Truxanov da partlayışlar barədə yazaraq sakinləri təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Saat 22:38-də hərbçilər Odessada yenidən Rusiya dronunun müşahidə edildiyi barədə xəbərdarlıq yayıblar.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperinin bildirdiyinə görə, hücum nəticəsində 4 nəfər xəsarət alıb.

Mülki infrastruktur və avtomobillər zədələnib, yanğın baş verib. Hadisə yerində xüsusi xidmətlər işləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər