Dünya

Rusiya Kiyevə ballistik raketlər və kamikadze dronlarla hücum edib

24 may / 11:15 1 dəq
Indir 2025 05 24t111447.547
24 may / 11:15
Burada sizin reklamınız ola bilər

Ötən gecə Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə boyunca Ukrayna ərazilərinə 14 ədəd “İskəndər-M” ballistik raketi ilə hücum edib. Hücumlar Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərinə yönəlib.

Qeyd olunub ki, bundan başqa, gecə ərzində Rusiya 250 ədəd zərbə PUA-sı və müxtəlif növ uçuş aparatları ilə hücum həyata keçirib. Əsas hücum istiqaməti Kiyev şəhəri olub.

Ukrayna qüvvələri hava hücumunun qarşısının alınması üçün tədbirlər görüb. Hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketi (Kiyev) vurub, “Şahed” tipli 245 PUA zərərsizləşdirib.

Paylaş
Burada sizin reklamınız ola bilər