Dünya

Rusiya cəbhənin müəyyən hissələrində iki-üç günlük “konkret atəşkəs” təklif edib

3 iyun / 08:54 1 dəq
Indir 2025 06 03t085409.618
3 iyun / 08:54
Burada sizin reklamınız ola bilər

Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində atəşkəs təklif edib

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib.

O qeyd edib ki, Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük “konkret atəşkəs” təklif edib.

Medinski münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsinin Ukraynaya təqdim olunduğunu vurğulayıb.

Putinin köməkçisi əlavə edib ki, 6000 meyitin qaytarılması prosesi gələn həftə baş tutacaq.

Vladimir Medinski onu da deyib ki, Rusiya və Ukrayna “hamının hamıya” prinsipi ilə ağır xəstələri və yaralıları mübadilə edəcəklər. O aydınlaşdırıb ki, söhbət yaşı 25-dən az olan hərbi qulluqçuların mübadiləsindən gedir.

Paylaş
Burada sizin reklamınız ola bilər