Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Rusiya iyun ayının 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.
Məlumatda Rusiyanın iclas çağırmasının səbəbi kimi, Qərb ölkələrinin Ukraynaya verdikləri silahlarla Rusiya Federasiyasının ərazisini vurmaq barədə rəsmi Kiyev üçün yaşıl işıq yandırması göstərilir.




