Sosial

Rusiya-Azərbaycan sərhədində 1000-ə yaxın azərbaycanlı toplanıb – Həftələrdir soydaşlarımız əlacsız vəziyyətdə çöllərdə qalırlar

29 mart / 15:12 1 dəq
Dagistanda qalan azerbaycanlilar
29 mart / 15:12
Burada sizin reklamınız ola bilər

Qərb ölkələrinin sanksiyalar tətbiq etməsindən sonra Rusiyada əmək miqrantlarının xaricə axını müşahidə olunur.

 

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiyadakı Azərbaycan, Tacikistan, Özbəkistan və Qazaxıstan diasporlarının nümayəndələri “Vedomosti”yə bildiriblər.

Buna səbəb kimi rublun məzənnəsinin düşməsi və pul göndərmək üçün vasitələrin azalması (hazırda “Mastercard” və “Visa” vasitəsilə pul köçürmələri mümkün deyil) göstərilir.

Moskvanın azərbaycanlı icmasının sədri Şamil Tağıyev qeyd edib ki, Dağıstanda Rusiya-Azərbaycan sərhədində minə yaxın insan toplanıb.

“Pandemiya səbəbindən quru sərhədləri tam açılmayıb, yalnız qarşı tərəfdən xüsusi buraxılışlarla daxil olmaq mümkündür”, – deyə o bildirib.

qərbxəbər.com

Paylaş
Burada sizin reklamınız ola bilər