Rus qırıcıları Estonya hava məkanını pozdu
Rusiyaya məxsus MiQ-31 təyyarələri Estoniya hava məkanını pozub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az Estoniya mediasına istinadən məlumat yayıb.
Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.
Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.




