Dünya

Roma Papasının vəziyyəti ağırdır

26 fevral / 11:34 1 dəq
724af53a 7c66 3d8c 8085 B44f7ed43010 850
26 fevral / 11:34
Burada sizin reklamınız ola bilər

Papa Fransiskin səhhəti çərşənbə axşamı axşam saatlarına kimi kritik, lakin sabit olaraq qalır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi portalı “Vatican News” məlumat yayıb.

“Pontifikin vəziyyəti hələ də kritik, lakin sabitdir”, – məlumatda deyilir.

Qeyd olunur ki, 88 yaşlı pontifik heç bir yeni tənəffüs tutması keçirməyib, onun hemodinamik göstəriciləri sabitdir. Bazar günü Papaya böyrək çatışmazlığı diaqnozu qoyulub, o ağır vəziyyətdə idi.

Xatırladaq ki, yanvarda Papa bronxit xəstəliyinə tutulub. Xəstəliyi xroniki xarakter aldığı üçün fevralın 14-də Romadakı “Aqostino Gemelli” klinikasına yerləşdirilib. Rentgen və laborator müayinələrdən sonra onun da ikitərəfli pnevmoniya olduğu müəyyən edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər