Gədəbəy

Rayonların işsizlik səviyyəsi açıqlanıb – Rəsmi

18 sentyabr / 13:53 1 dəq
Emek yarmarkasi
18 sentyabr / 13:53
Burada sizin reklamınız ola bilər

Dövlət Statistika Komitəsi 2019-cu il sentyabrın 1-nə 70 min 947 nəfərin rəsmi işsiz statusu aldığını açıqlayıb. Onların 638 nəfərinə sığorta ödənişi verilib.

Rəsmi işsizlər ən çox bu şəhər və rayonlarda qeydə alınıb:

Bakı – 28 min 980 nəfər

Sumqayıt – 5017 nəfər

Şəmkir – 4199 nəfər

Abşeron – 1555 nəfər

Ağdam – 1467 nəfər

Masallı – 1355 nəfər

Tovuz – 1351 nəfər

Salyan – 1337 nəfər

Gədəbəy – 1208 nəfər.

Sığorta ödənişi işçinin sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%-i, sığorta stajı 10 ildən yuxarı olduqda 60%-i məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilir.

Paylaş
Burada sizin reklamınız ola bilər