Bölgə xəbərləri

Rayonlarda gözlənilən hava şəraiti açıqlanıb

6 fevral / 12:49 1 dəq
Yagmursuz hava
6 fevral / 12:49
Burada sizin reklamınız ola bilər

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər“ə verilən məlumata əsasən, fevralın 7-də Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər