Sosial

Ramil Usubov Qubada vətəndaşları qəbul edəcək

4 iyun / 17:18 1 dəq
2a1fe54c 030b 43bb 9265 42f08759e166
4 iyun / 17:18
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər