Qurbanov “Qarabağ”ın transferlərindən danışdı
Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun yeni transfer edib-etməyəcəyindən danışıb.
Qerbxeber.com-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun sabiq futbolçusu Juninyo Olavio və “Loryan”da çıxış edən Sambu Sumanonun mümkün keçidləri barədə danışıb:
“Bəli, danışıqlar gedir, amma ağır gedir. Ola bilər ki, biz Çempionlar Liqasına düşdük deyə qarşı tərəf şərtləri çətinləşdirib. Ona görə danışıqlar asan getmir. Vaxt az qalıb”.




