Qızılın qiyməti rekord həddə çatdı
Dünya birjalarında qızıl yenidən bahalaşır. Bir gün ərzində qiymətli metalın qiymət artımı təxminən 200 dollar təşkil edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “GoldPrice” məlumat verib.
Məlumata görə, ötən gün günün birinci yarısında baş tutan ticarət nəticəsində, 1 unsiya qiymətli metalın dəyəri 5 406 dollar olub ki, bu da bir gün ərzində qiymətin 2,48% artması deməkdir. Dünən isə eyni vaxtda bir unsiyanın qiyməti 5 278 dollar idi.
Gümüşə gəlincə, hazırda 1 unsiyanın qiyməti 95,81 dollardır ki, bu da bir gün ərzində 2,24% bahalaşma deməkdir.




