İqtisadiyyat

Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək

15 sentyabr / 11:56 1 dəq
Images 2023 09 15T115603.829
15 sentyabr / 11:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

“Qərb Xəbər” in məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər