Hadisə

“Qırmızı Körpü” gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb – FOTO

15 may / 11:48 1 dəq
682599bb4ce3b682599bb4ce3c1747294651682599bb4ce39682599bb4ce3a
15 may / 11:48
Burada sizin reklamınız ola bilər

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qerbxeber.com-a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 (səkkiz milyon) rus rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər