Bölgə xəbərləri

Qırıcı təyyarələrimiz gecə uçuşları keçirib – Video

4 aprel / 10:33 1 dəq
1680588455 152f065302eb5d22c8509e5b439b82b3
4 aprel / 10:33
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.

Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər