Dünya

“Qazaxlı Alik”in oğlu Fuad Muradova və digərlərinə hökm oxunub

19 fevral / 16:08 2 dəq
67b5c7e15816467b5c7e158165173996643367b5c7e15816267b5c7e158163
19 fevral / 16:08
Burada sizin reklamınız ola bilər

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qerbxeber.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Fuad Muradov “Qazaxlı Alik” ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Paylaş
Burada sizin reklamınız ola bilər