Bölgə xəbərləri

Qazaxıstanda prezidentlik müddəti 7 il olub

19 sentyabr / 00:42 1 dəq
9e6ac7e7 aaf5 39cb 9276 b0b61ceee4f5
19 sentyabr / 00:42
Burada sizin reklamınız ola bilər

Qazaxıstanda prezidentlik müddəti 5 ildən  7 ilə uzadılıb.

“Qərb Xəbər” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də Qazaxıstan xalqına müraciətində növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib, eyni zamanda dövlət başçısı prezidentlik müddətinin maksimum sayının ikidən birə endirilməsini, prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılmasını təklif etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər