Bölgə xəbərləri

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alanlar var

17 yanvar / 22:46 1 dəq
IMG 20230117 211628
17 yanvar / 22:46
Burada sizin reklamınız ola bilər

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Qazax- Kəmərli marşurutu üzrə hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 7 nəfər – Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

.

IMG_20230117_211634_739 IMG_20230117_211628_569 IMG_20230117_211624_607 IMG_20230117_211621_024 IMG_20230117_211614_453 IMG_20230117_211610_824

Paylaş
Burada sizin reklamınız ola bilər