Bölgə xəbərləri

Qazaxda yanan avtomobil belə sondürüldü

18 yanvar / 17:36 1 dəq
Yanan avtomobil
18 yanvar / 17:36
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Qerbxeber.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “VAZ-2107” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər