Bölgə xəbərləri

Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kitab təqdimatı olub

21 noyabr / 15:03 2 dəq
WhatsApp Image 2022 11 21 at 12.53.22 (13)
21 noyabr / 15:03
Burada sizin reklamınız ola bilər

Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Müzəffər ordunun qalib igidləri” kitabı şəhid ailələrinə təqdim olunub

“Qərb Xəbər” bildirir ki, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi ( sədr Firuzə Əsədullayeva) Azərbaycan Respublikasının Qeyri- Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Müzəffər ordunun qalib igidləri” adlı kitabın yazılması layihəsini başa çatdırıb. 

Layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin  qəhrəmanlarını yazılan kitabla daha geniş miqyasda təbliğ etmək, cəmiyyəti maarifləndirmək və onların hər biri haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır. 

Kitab 2020-ci il sentyabr ayının 27 də başlayaraq, noyabr ayının 8-də Zəfərlə başa çatan 44 günlük müharibə müddətində 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarına al qanlarını axıda-axıda şirin canlarından keçən, son nəfəslərində “Təki Vətən sağ olsun” – deyən Qazax, Masallı rayonları və Bakı şəhərindən olan 50 nəfər igid oğullarımızın həyat heykayəsidir. 

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər