Bölgə xəbərləri

Qazaxda təmizlik idarəsinin işçisinin ölümü ilə bağlı – Təfərrüat

24 mart / 08:10 1 dəq
31f1a624 dc40 3b01 8252 90013256a486
24 mart / 08:10
Burada sizin reklamınız ola bilər

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, təmizlik idarəsinin əməkdaşı Biləndər Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər